- Köhnə - Region
- 5 Sentyabr 2013 11:15
- 5 311
Ermənilər Qarabağda müdafiə sistemini modernləşdirəcək

APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu ilin sonunadək Dağlıq Qarabağdakı əsas hava hücumundan müdafiə sistemində modernləşdirilmə işlərinə başlanacaq.
Modernləşməyə daha çox radiolokasiya stansiyalarında ehtiyacın olduğu bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl ermənilər silahlanmalarında olan S-300 sistemlərinin modernləşdirilməsinə başlayacaqlarını açıqlayıblar. Ekspertlərin fikrincə, Ermənistanın istifadəsində yer alan S-300 kompleksləri köhnə modifikasiyalar olduğundan müasir hava hücumundan müdafiə tələblərini qarşılamır.
AzNews.az