Suxumidə rus diplomat başından güllələndi

Suxumidə Rusiyanın Abxaziyadakı səfirliyinin konsulluq şöbəsinin birinci katibi Dmitri Vişernyov öldürülüb.

"РИА Новости"nin yaydığı xəbərə görə, hadisə bu gün səhər 8.30-da baş verib. O, evinin qarajı yaxınlığında başından güllələnib. Diplomatın yanında 36 yaşlı xanımı da olub. Ancaq ona heç bir xəsarət yetirilməyib. Hadisə ilə bağlı cinayət işi açılıb. Rusiyanın Abxaziyadakı səfirliyinin saytında Dmitri Vişernyov adlı əməkdaşın olduğu qeyd olunsa da, onun ikinci katib olduğu yazılır.

Elnur
AzNews.az