İran peyk antennaları yığışdırır

Tehran hakimiyyətinin alternativ informasiya mənbələrinə qarşı mübarizəsi davam edir. Vaxtaşırı olaraq, ölkənin uyğun qurumları ölkənin çeşidli şəhərlərində peyk antenalarına qarşı "soyqırım" aparır.

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, belə tədbirlərdən biri də Şiraz şəhərində keçirilib. Mənbə bildirib ki, əhalidən minə yaxın peyk antenası müsadirə edilərək, məhv olunub.

Şəhərin küçələrində nümayiş etdirilən məhvetmə əməliyyatında İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli təmsilçiləri və Fars əyalətinin rəhbərliyi iştirak edib. Ən maraqlısı və təəccüblüsü hakimiyyətin peykləri məhvində tanklardan ilk dəfə istifadə etməsi olub.

İranın Şiraz şəhərində əhalidən müsadirə edilmiş 800 ədəd peyk anteni və digər qurğuların məhvi mərasimi keçirilib.

AzNews.az