- Köhnə - Region
- 30 Sentyabr 2013 20:21
- 2 296
Ərdoğandan kürdlərə böyük jest
Yeni qanunlara görə, partiyaların parlamentə keçid həddə 10 faizdən 5 faizə endiriləcək. Bu, kürdlərə parlamentdə təmsilçilik qazandıracaq. Orta məktəblərdə müxtəlif dillərdə, o cümlədən, kürd dilində tədrisi genişləşdirmək nəzərdə tutulur.
Rəcəb Tayyib Ərdoğan qadınlara parlament və dövlət müəssisələrində qadınlara hicab gəzdirmək icazəsi verməklə müsəlmanların hüquqlarını genişləndirməyi də planlaşdırırö Yalnız məcburi geyimlərin olduğu müəssisələrdə (hərbi və tibb müəssisələri) hicab qadağan ediləcək.
Bununla belə, Ərdoğanın rəqibləri bəyan ediblər ki, islahatlar paketi natamamdır, müsəlmanların və milli azlıqların tələblərinə tam cavab vermir.
AzNews.az