- Köhnə - Region
- 1 Oktyabr 2013 14:16
- 4 033
Parlament nümayəndələri Ruhaninin BMT-dəki mövqeyini dəstəkləyir
Trend-in YJC xəbər saytına (Young Journalists Club) istinadən verdiyi məlumata görə, İran parlamentinin nümayəndələri H.Ruhaninin BMT-dəki nitqini məntiqli və həlledici bir çıxış kimi dəyərləndirərək bildiriblər ki, bu çıxış və mövqe İslam İnqilabının dəyərlərinə uyğun bir mövqe idi: "Həsən Ruhani çıxışı zamanı İranı islami, sülhsevər, müzakirə tərəfdarı, regional və beynəlxalq problemlərin həlli üçün əməkdaşlıq edə biləcək bir ölkə kimi tanıtdı. Buna görə biz ona minnətdarıq".
Bəyanatda deyilir: "Ümid edirik ki, İrana qarşı sanksiyalar tətbiq etmiş ölkələr onu ləğv edəcək, İran xalqının hüquqlarını tanıyacaq və ona hörmətlə yanaşacaqlar".
AzNews.az