İçində uşaq olan maşın cərimə meydançasına aparıldı

Rusiyanın Ufa şəhərində polis avtomobilin arxa oturacağında olan uşağı görməyərək maşını cərimə meydançasına aparıb.

Həmin avtomobil parklama qaydalarını pozaraq yolun ikinci zolağında dayanıbmış. Polis əməkdaşı evakuator sürücüsü ilə birlikdə avtomobili nəzərdən keçirdikdən sonra evakuatora qaldırıblar.

Avtomobilin arxa oturacağında olan uşağın isə qorxudan gizlənməsi ucbatından polis onu görə bilməyib.(milli.az)

AzNews.az