Brejnevin kürəkəni Çurbanov öldü - FOTO

SSRİ-yə uzun müddət rəhbərlik etmiş, Sov.İKP MK-nın (Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsi) Baş Katibi Leonid İliç Brejnevin kürəkəni, sovetlərin daxili işlər nazirinin müavini Yuri Çurbanov uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, oktyabrın 7-də ölüb, amma bu barədə, dəfn günü, oktyabrın 10-da xəbər yayılıb.

Y.Çurbanov Moskvada Mitinsk qəbiristanlığında dəfn edilib.

O, 1936-cı il noyabrın 11-də anadan olub. 1983-1986-cı illərdə SSRİ Daxili İŞlər Nazirliyi daxili qoşunlar baş idarəsi rəisinin müavini işləyib.

Çurbanov 1971-ci ildə Brejnevin qızı Qalina Brejneva ilə evlənib. O, Çurbanovun üçüncü nikahı olub. 1987-ci ildə Andrey Andropov MK-ya Baş Katib seçilən kimi irimiqyaslı antikorrupsiya kompaniyasına başladı və Çurbanovu da "pambıq işi" və ya "özbək işi" ilə bağlı həbs etdilər və ona 1988-ci ildə 12 il iş kəsildi. O, həbsdə olanda əmlakın bölünməsi məqsədi ilə Qalina Brejneva boşanma barəsində məhkəməyə müraciət edib. 1993-cü ildə Çurbanov vaxtından qabaq şərti azadlığa buraxılıb.

2000-ci illərin ikinci yarısında o,iki dəfə insult keçirib və bundan sonra yatağa düşüb.


AzNews.az
image description image description image description