İran “qırmızı xətt”ini açıqladı

"Fordo" nüvə obyektinin bağlanması, uranın zənginləşdirilməsi prosesinin dayandırılması və zənginləşdirilmiş uranın ölkədən kənara çıxarılması məsələləri İranın "qırmızı xətti"dir".

Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd İsmayıl Kövsəri bildirib.

Onun sözlərinə görə, İranın "altılıq" ölkələri ilə "qırmızı xətt" üzərində müzakirə etməsi mənasızdır.

İ.Kövsəri deyib ki, ABŞ prezidenti Barak Obamanın düşüncəsi və qərarları İsrailin baş naziri Benyamin Netanyahunun təsiri altındadır: "Ona görə də ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri qərar verəcək son şəxslər deyil. Bu səbəbdən müzakirələrin zamanını gözləmək lazımdır. Almaniya, Fransa, Böyük Britaniya və ABŞ qanunlar çərçivəsində addım atmayacaqları təqdirdə, bu müzakirələr nəticə verməyəcək. Həmin ölkələr tərəfindən hazırlanan qanunların özləri tərəfindən də tətbiq edilməsi şərtdir. "Altılıq" ölkələrinin beynəlxalq qanunlardan kənar istəkləri var. Nüvə müzakirələrinin uzun çəkməsi onların məsələyə yuxarıdan baxması səbəbindəndir".(apa)

AzNews.az