- Köhnə - Region
- 14 Oktyabr 2013 13:53
- 3 022
Təlim təyyarəsi qəza törətdi
Misir ordusunun təlim təyyarəsi Luksorda havaya qalxdıqdan sonra qısa bir müddət sonra ani nasazlıq səbəbiylə qəza törədib.
Misir Ordusunun sözcüsü Əhməd Məhəmməd Əli hadisənin baş verdiyini təsdiqləsə də, əlavə məlumat verməyib.
Şahidilərin dediklərinə görə, hərbi təyyarə Luksorun şimalındakı Əl-Medamud kəndi yaxınlığındakı bir tarlaya düşüb və pilot təyyarə yerə dəymədən əvvəl paraşütlə atlanıb.
Qəzanın ardından bölgəyə təcili yardım və təhlükəsizlik qüvvələri göndərilib.
Rəhim Qədirov
AzNews.az