- Köhnə - Region
- 17 Oktyabr 2013 11:12
- 3 208
Orxanın anası: “Yalvarıram, oğlumu döyməyin... İntihar edəcəyəm”- VİDEO
Yasəmən Zeynalova "Lifenews"a müsahibəsində oğlunun qatil olmasına inanmadığını bildirib: "Mən inanmıram ki, o günahkardır. Onu niyə bu vəziyyətə salırlar? Onu niyə döyürlər? Əgər o günahkardırsa, qanunlar var, qoy həmin qanunlarla mühakimə etsinlər. Amma belə hərəkətlər heç bir çərçivəyə sığmır. Mən bütün instansiyalara şikayət edəcəyəm".
Orxanın anası iddia edib ki, müşahidə kameraları Orxanı yox başqa adamı çəkib: "Görüntülərdəki tamam başqa adamdır. Sonra oğlumu apardılar. Bu nə deməkdir? Biz həmişə ruslara hörmətlə yanaşmışıq. Niyə Orxan yad adamı bıçaqlamalı idi? O, yaxşı mədəni ailədəndir. Bu hadisəni bilərəkdən siyasiləşdirirlər ki, bütün azərbaycanlıları Rusiyadan çıxartsınlar. Orxanın bu cinayətlə heç bir əlaqəsi yoxdur".
Qadın oğlunun 10 ildir ki, Rusiyada olması məsələsinə də münasibət bildirib: "Orxan cəmi 3 il əvvəl gedib ki, işləsin, pul qazansın, nəinki rusları öldürsün. Mən Rusiya prezidenti Putinə müraciət edirəm. O, bu prosesi şəxsən nəzarətə götürsün".
Y.Zeynalova oğluna qarşı təhqirlərin davam edəcəyi təqdirdə hətta intihar edəcəyini bildirib: "Əsas odur ki, onu döyməsinlər və alçaltmasınlar. Yoxsa intihar edəcəyəm. Orda qanımı axıdacağam. Lütfən onu döyməyin. Əgər günahkardırsa onda qanunla mühakimə edin".
Elnur
AzNews.az