Miqrantların ailələrinə pul göndərməsi qadağan edilə bilər


Vladimir Jirinovskinin rəhbəri olduğu Rusiya Liberal Demokrat Partiyası ölkədə baş verən son hadisələr fonunda sərt bəyanatla çıxış edib. Partiya miqrantara qarşı daha sərt davranmağa çağıraraq onların ailələrinin gəlirdən məhrum edilməsi təklifini səsləndirib.

Partiya üzvləri baş nazir Dmitri Medvedevə ünvanladıqları müraciətdə mirqantların gəldikləri ölkəyə pul göndərmək imkanından məhrum edilməsini istəyib.

Partiya üzvlərinin fikrinə görə, bu, miqrantları gəldikləri ölkəyə geri dönməyə vadar edəcək.

Bu təklifin şamil olunduğu ölkələr arasında Azərbaycanla yanaşı,Tacikistan, Özbəkistan, Qırğızıstan da var.

Elnur
AzNews.az