- Köhnə - Region
- 18 Oktyabr 2013 10:10
- 3 967
Telman İsmayılov müğənniyə villa hədiyyə etdi - FOTO
O, şəhərdən kənardakı evində yaxın dostlarını toplayıb və Rusiyanın qızıl səsini də oraya çağırıb. Bu tədbirdə İqor Krutoy həyat yoldaşı Olqa ilə, Gennadi Xazanov, Alla Verber və Aleksandr Maşkeviç kimi tanınmışlar iştirak ediblər.
Burada tanınmış iş adamı Telman İsmayılov müğənniyə krallara layiq hədiyyə verib. Onun hədiyyəsi Aralıq dənizi sahilində yerləşən dəbdəbəli "Mardan Palace" otelinin ərazisindəki villalardan biri olub.
Baskova hədiyyə olunan bu villada bir gün qalmağın qiyməti 7 min dollardır. Müğənni və qohumları istədikləri vaxt həmin villadan istifadə edə bilərlər. (milli.az)
AzNews.az