Filmlərdə yol hərəkəti qaydalarının pozulmasına qadağa

Türkiyədə 2012-ci ildən qəbul edilən qanun layihəsinə əsasən, hətta ölkə ərazisində istehsal edilən filmlərdə belə yol hərəkəti və təhlükəsizlik qaydalarının pozulması qadağan edilir. Trend-in məlumata əsasən, qanunun qüvvəyə minməsindən bu günə qədər olan 11 ay müddətində 2 mindən çox film izlənilərək onlardakı qanun pozuntuları üzə çıxarılıb.

Qəzetin məlumatına əsasən, qanun pozuntuları müşahidə edilən filmlərdə həmin kadrlar 10-15 saniyəlik göstərilməyəcək.
Məlumatda deyilir ki, görülən tədbirlər nəticəsində filmlərdə yol hərəkəti və təhlükəsizlik qaydalarının pozulması halları 80 faizdən 10 faizə qədər azalıb.

AzNews.az