- Köhnə - Region
- 24 Oktyabr 2013 10:50
- 2 755
Mixail Zabelindən Orxan Zeynalovla bağlı açıqlama
Bunu mətbuat konfransında Azərbaycanın Rus İcmasının sədri, deputat Mixail Zabelin deyib. O, hadisənin baş verdiyi Qərbi Biryulevo sakinlərinin emosional çıxışlarının təxribatçı qüvvələr tərəfindən millətlərarası münaqişəni alovlandırmaq üçün istifadə olunmasından təəssüfləndiyini bildirib.
M. Zabelin qeyd edib ki, Rusiya mətbuatında yayılan məlumatlarda Qətldə təqsirləndirilən şəxsin milli mənsubiyyətinin qabardılması olayı şişirtmək və ksenofobiya tendensiyalarını gücləndirmək məqsədi daşıyıb: "Rus icması ümid edir ki, Rusiya ictimaiyyəti, parlamenti və hökuməti millətlərarası sülhün pozulmaması üçün lazımi addımlar atacaq".
Bu hadisələrdən sonra Azərbaycanda Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyası və Qarabağ Azadlıq Təşkilatının bəyanatlarına da toxunan M. Zabelinin fikrincə, bu çıxışlar populist xarakter daşıyır: "Düşünmürəm ki, kimsə bu çıxışların dalınca getsin. Çıxışlarda qeyd olunan adekvat addımlar kimə qarşı atılacaq? Azərbaycan bazarlarında çalışan rus miqrantlara qarşı, ya da Azərbaycanın milli qəhrəmanı Yuri Kovalyovun ailəsinə qarşı? Azərbaycan hökuməti buna imkan verməz. Biz Azərbaycan xalqı ilə dostluq və əmin-amanlıq şəraitində yaşayırıq".(apa)
AzNews.az