Türkiyə ilə İran arasında gizli anlaşma – İsraildə yeni iddia


"Debka" internet saytı Türkiyə ilə İranın gizli kəşfiyyat müqavilələri imzaladığını iddia edir.


İsrail kəşfiyyat qüvvələrinə yaxınlığı ilə tanınan xəbər saytının iddiasına görə, razılaşma İran xarici işlər naziri Cavad Zərifin Ankara səfəri zamanı imzalanıb.

"Türkiyə NATO-nun üzvü olsa da, bu razılaşma çərçivəsində İran ilə əlaqədar kəşfiyyat mövzusunda üçüncü ölkələrdə əməkdaşlıq etməyi dayandırıb. Daha əhəmiyyətlisi Ərdoğan hökuməti, İranın kəşfiyyat agentlərinin Türkiyə sərhədlərindən geri çağırılmasını istəyib"- sayt yazar.

Xəbərdə əlavə olaraq qeyd edilib ki, bağlanan müqavilənin detalları Türk kəşfiyyat təşkilatı MİT-in başçısı Hakan Fidan ilə İranın Kəşfiyyat nazirinin müavini Xosrov Hüseynian arasında altı həftə davam edən danışıqlarda hazırlanıb.

Elman
AzNews.az