- Köhnə - Region
- 19 Noyabr 2013 10:59
- 12 330
Moskvadakı azərbaycanlılar təşviş içində: OMON-dan qaçanların həyatları təhlükədə- VİDEO
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bazarda mütəşəkkil cinayətkarlıq və qanunsuz miqrasiyaya qarşı yeni əməliyyat keçirlib.
Bu dəqiqələrdə yayılan məlumata görə, "Sipər-2 " əməliyyatı təhlükəli vəziyyət yaradıb.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bazardakı insanlar Moskva dairəvi yolu vasitəsilə polisdən qaçmağa çalışırlar. Şahidlərin sözlərinə görə, yolda təhlükəli vəziyyət yaranıb.
"Mənim sənədlərimlə bağlı hər şey qaydasındadır. Mən Luqanskdanam və "Sadavod"da işləyirəm.
Ancaq mən də polisdən qaçmalı oldum. Ona görə ki, onlar hamını saxlayıb pul alırlar" - deyə özünü Yura kimi təqdim edən şəxs bildirib. Bazarda çox sayda polis avtobusu var. Bazarın çıxışında isə 10 OMON əməkdaşı dayanıb. Bundan əvvəl isə "Белая дача" bazarında əməliyyat keçirilib.
İlkin məlumatlara görə, "Sadavod"da yaxın xarici ölkələrdən olan 600 miqrant saxlanılıb. Onların əvvəllər törədilən cinayətlərlə əlaqəsi öyrənilir.
Elnarə
AzNews.az