Emin Ağalarov Mandelaya mahnı həsr etdi - Video

Məşhur bəstəkar müğənni Emin yeni mahnısını təqdim edib.

Buna qədər sevgi, romantik mövzulara müraciət edən müğənninin son musiqisi siyasi mövzudadır. Mahnı 95 yaşında dünyasını dəyişən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya həsr edilib.


"Hope" yəni Ümid adlanan mahnı müğənninin rəsmi "You-Tube" səhifəsində yerləşdirilib. Kompozisiyanın müəllifləri Russam Ballar və Kris Vinter mahnının beynəlxalq sülh günü üçün yazmış və 2014 cü ildə təqdimatını planlaşdırırmış.

Lakin qəflətən Cənubi Afrika Respublikasının sabiq prezidentinin ölümü mahnının təqdimatının vaxtını sürətləndirib. Eminin ifasında səslənən mahnı Nelson Mandelaya həsr olunub. Eminin sözlərinə görə mahnı əfsanəvi insan Nelson Mandelanın simasında gələcəyə ümidlə baxan insanlara ithaf olunub.

Eminini rəsmi saytında verilən məlumata görə İtunes sosial şəbəkəsində mahnının satışından əldə olunan gəlir Nelson Mandela adına Uşaq Fonduna veriləcək. /ANS/