Ermənilərin daha çox köçdüyü ölkələr

2013-cü ilin yanvar-sentyabr aylarında 108 min adam Ermənistanı tərk edərək geri qayıtmayıb.

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə bu gün "Ehtiyac insanı" ictimai təşkilatının miqrasiya proqramlarının rəhbəri Tatevik Becanyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, həmin müddət ərzində Ermənistana 1 780 160 adam gəlib, ölkədən isə 1 888 165 adam gedib.

Tatevik Bejanyan vurğulayıb ki, Ermənistandan insanların 73%-i əsasən Rusiyaya mühacirət edib, siyahıda ikinci yerdə ABŞ, daha sonra Ukrayna, Niderland, Belarus, Türkiyə, Belçika və Gürcüstan gəlir. Miqrantların 77%-i kişilər, 23%-i isə qadınlardır. Onların 30%-i yaşı 26 - 35 arasında dəyişən gənclərdir. Miqrantlar əsasən orta təhsilli insanlardır.



AzNews.az