Rza Zərrabdan nazirə sual: “Telefonum dinlənilir?”

Dekabrın 17-də Türkiyədə keçirilən əməliyyatda saxlanan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı yeni məlumat yayılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. Zərrab bir nazirə zəng edərək telefonunun dinlənilib dinlənilmədiyini soruşub.

Başqa bir məlumata görə isə, R.Zərrab mədə xəstəliyindən əziyyət çəkir. Buna görə də nəzarətxanada saxlanan iş adamına pəhriz yeməkləri verilir.

Elnarə
AzNews.az