- Köhnə - Region
- 19 Dekabr 2013 12:47
- 8 022
“Mövqeyim dəyişib” – Putin
Aznews.az-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib.
Gürcü xalqı ilə dostluq əlaqələrinin mövcudluğundan danışan V. Putin bildirib ki, gürcü xalqına münasibəti heç dəyişməyib. Çünki gürcülərə münasibəti həmişə yaxşı olub.
V. Putin bir neçə il öncə Rusiya-Gürcüstan hərbi qarşıdurmasına da diqqəti yönəldib: "Bəllidir ki, biz qarşıdurmaya rəvac verməmişik, hərbi münaqişəni başlamamışıq. Min dəfə dedik ki, qan tökmək olmaz. Ancaq yenə bunu etdilər".
Rusiya prezidenti gürcü iş adamların da Rusiyaya dəvət edib: "Biz gürcü iş adamlarının Rusiya bazarında işləmələrinə şərait yaratmağa çalışırıq və buna hazırıq".
Aznews.az