- Köhnə - Region
- 19 Dekabr 2013 22:27
- 2 916
Hələlik gülən Fətüllah Güləndir - VİDEO
Fətullah Gülən 1941-ci ildə Ərzurumda anadan olub. Türkiyənin ifrat dünyəviliklə ifrat mühafizəkarlıq arasında seçim etdiyi illərdə o, dini komitədə imam kimi fəaliyyətə başlayıb. İslamı tolerant, zorakılığı pisləyən və müasirliyə çağıran din kimi təbliğ edib. O, kasıblığı aradan qaldırmaq üçün hərəkət etməyə, təhsilə, dinlər arasında dialoqa çağırıb. Əslində bu mövqeyi də Gulənin Qərbdə yerləşməsinə imkan verən başlıca səbəb olub. Hazırda, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülən öz tərəfdarları ilə çap olunan yazılar və çıxışlar vasitəsilə əlaqə saxlayır. Amerikalı jürnalist Süzi Hansenin müşahidələrinə görə, bu şəhərcikdə ABS hökumətinin "Camaat" üçün ayırdığı geniş bir ərazidə ABS, xüsusi xidmət orqanlarının nəzarətində olan Nur camaatının qızıl nəsil düşərgəsi fəaliyyət göstərir. Ehtimallara görə, bu, gələcəkdə müsəlman ölkələrini idarə edəcək liderlərin ABŞ-dan ixrac edilməsi planının tərkib hissəidir.
Onun dünyanın 100-dən artıq ölkəsində mindən artıq məktəblər şəbəkəsi var. Xarici jurnalistlərin yazdıqlarına görə, bu məktəbləri kimin açdığını heç vaxt öyrənmək mümkün deyil. Sadəcə bir türk iş adamı cavabı verilir. Bu məktəblərdə məqsəd isə düyna iqtisadiyyatında uğur qazana biləcək əqidəli qızıl gənclik yetişdirməkdir. Məktəblərdə həm elmi biliklər, həm də islam dəyərlərinə əsaslanan mənəvi təhsil verilir. Azərbaycanda da ilk belə məktəb 1991-ci ildə açılıb. Naxçıvan Özəl Türk litseyi. Və maraqlıdır ki, mərhum şair Bəxtiyar Bahabzadənni Gülənə bu məktubu ondan xəbər verir ki, bu məktəbləri inşa etdirən məhz odur. Öz nəvəsinin də bu cür məktəbdə təhsil aldığını yazan şair Gülənə ən xoş arzularını çatdırır. Bu gün bu şəbəkə daha da genişlənir və Azərbaycanın onlarla şəhər və rayonunda Çağ Öyərtim işlətmələrinin məktəbləri, kursları fəaliyyət göstərir. Bu məktəblərdə yüksək təhsil, tərbiyə əsas şərtdir. Buna görə də deyirlər ki, Gülənin gördüyü işlər bir yandan heyranlıq doğurur, bir yandan da narahatlıq yaradır ki, onun yetirmələri bütün dövlət qurumlarına sirayət edə biləcəklər. Azərbaycanda da ən yüksək postlarda məktəblərin yetirmələrinə rast gəlinir. Bu mənada Türkiyədə baş verənlərin ölkəmizdə də təkrarlanmayacağını demək olmaz.
Hər halda, Azərbaycanı deyə bilmərəm, amma Türkiyənin özündə Fətulah Gülənə münasibət ikilidir. Bəziləri onu tolerantlığın və çevikliyin nümunəsi sayır, bəziləri isə fikirləşir ki, Gülən Türkiyənin dünyəvi dövlətçiliyinin əsaslarını dağıtmaqla məşğuldur. İstənilən halda, Gülənin ruhlandırdığı hərəkat bu gün Türkiyədə əhəmiyyətli gücə malikdir. Və biz bunu aralarında nazir övladları, məmurlar, iş adamları da olmaqla 50-dən yuxarı vəzifəli şəxsin həbsində açıq-aydın müşahidə etdik. Orada proseslər Qərb texnologiyaları ilə həyata keçirildi və ona görə də, Türkiyədə yer yerindən oynadı. Necə deyərlər, gülən hələki Fətüllah Güləndir.
AzNews.az