- Köhnə - Region
- 20 Dekabr 2013 10:50
- 2 632
Yanukoviç bu gün Meydanla danışıqlar aparacaq
Ukrayna prezidenti Viktor Yanukoviç bu gün növbəti dəfə müxalifət təmsilçiləri ilə görüşəcək.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə ölkədəki siyasi böhrandan çıxış yolları müzakirə ediləcək.
Məlumata görə, Yanukoviç Vladimir Putinlə danışıqlardan sonra bu dəfə "Avromeydan"la razılığa gəlmək istəyir.
Rusiya ilə qazın qiymətində endirmə nail olan və 15 milyard dollar kredit alan Yanukoviç aksiyada iştirak edərək həbs olunanların azadlığıa buraxmaqla müxalifətlə danışıqlara şərait yaratmaq istəyib.
Bu sırada hökumət 2014-cü il büdcəsini təsdiqlənmək üçün Ali Radaya göndərib. Büdcə layihəsi sentyabrın 15-dək Radaya təqdim edilməli olsa da, kəskin iqtisadi vəziyyət bunu mümkünsüz edib.
Elnarə
AzNews.az