AKP-dən yeni istefa

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) daha bir millət vəkili mənsubu olduğu partiyadan istefa verib.

ANS PRESS Türkiyə mətbuastına istinadən xəbər verir ki, bu, AKP-nin İzmir şəhərindən olan millət vəkili Erdal Kalkandır. Kalkan istefasını Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirdiyi mətbuat konfransı ilə elan edib.

Kalkan bundan sonra cəmiyyətdə olan vətənpərvər və namuslu AKP tərəfdarlarına, habelə bütün ölkə əhalisinə müstəqil millət vəkili kimi xidmət edəcəyini vurğulayıb.


AzNews.az