- Köhnə - Region
- 9 Yanvar 2014 19:32
- 2 080
MHP və AKP- çi deputatlar yumruqlaşdı
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb bir müəssisənin vaxtının uzadılmasına dair maddənin qəbul edilməsi məsələsi olub.
Münaqişə böyümədən qarsı alınıb. Mübahisəli maddə isə qəbul edilməyib.
MHP-li deputat məclisdən "kukla" və "maşa" kimi istifadə etmək istəyənlərin olduğunu iddia edib. Onun bu çıxışı AK Partiyadan olan millət vəkillərini əsəbləşdirib.
Münaqişənin ardından məclisin Plan büdcə Komissiyası məsələni səs çoxluğu qəbul etməyib.
İclas başa çatdıqdan sonra AKP və MHP üzvləri arasında qarşıdurma davam edib. Halit Dəmirə Akif Başər yumruq atıb. Başqa millət vəkillərinin müdaxiləsi davanın böyüməsini əngəlləyib.
AzNews.az