- Köhnə - Region
- 21 Yanvar 2014 08:35
- 2 140
Davudoğlu Suriya üçün dünyaya səsləndi
Suriyada Bəəs rejimi tərəfindən həyata keçirilən müharibə cinayətlərini sənədləşdirən hesabatların yayımlanmasından sonra Əəsədə qarşı reaksiyalar daha da kəskinləşib. Əhməd Davudoğlu da yaşanan bu utanc insanlıq dramına görə sərt reaksiya göstərib.
Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, Davudoğlu şəxsi "Twitter" səhifəsində etdiyi açıqlamada "Dərhal hərəkətə keçilməlidir" deyib.
Sözün bitdiyi yerdəyik deyə sözlərinə başlayan Davudoğlu, "Suriyada qanı dayandıracaq bir keçid mərhələsini qısa zamanda başlamaq və həm Suriyanı, həm də insanlığı bu əliqanlı rejimdən qurtarmaq ilk hədəfimiz olmalıdır. Bu insanlıq cinayətinə ortaq olanlar və baş verənlərə səssiz qalanlar bir gün tarix və insanlıq vicdanı qarşısında məhkum olacaqlar".
AzNews.az