Türkiyənin nazir müavini Azərbaycanın yaralı əsgərlərini ziyarət etdi - FOTO

Ermənistan-Azərbaycan cəbhə xəttində çıxan qarşıdurmalarda yaralanan və Türkiyəyə gətirilən yaralı Azərbaycan əsgərlərini Türkiyənin səhiyyə nazirinin müavini Agah Qafqaz müalicə edildikləri xəstəxanada ziyarət edib.

ANS PRESS-in məlumatına görə, Atatürk Təhsil və Araşdırma Xəstəxanasına gətirilən və iki qıçını da itirən 19 yaşlı əsgər Sərxan Tahirzadə ilə təcili xidmətdə yaxından maraqlanan Qafqaz "keçmiş olsun" sözlərini deyib.

Olduqca yorğun olduğu müşahidə edilən və çətinliklə danışan Tahirzadə Anadolu Agentliyinin müxbirinin suallarına qısa cavablar verib.

Tahirzadə sağlamlığının yaxşı olduğunu, müalicə üçün Türkiyəyə gətirilməyinə görə məmnuniyyət duyduğunu dilə gətirərək ona burada yaxşı baxıldığını dilə gətirib.

Nazir müavini Agah Qafqaz yaralının yaxşı müalicə edilməsi üçün həkimlərə öz tövsiyyəsini verib.

Türkiyənin bütün imkanının səfərbər ediləcəyini vurğulayan Qafqaz təcili yardım təyyarələrinin dünya standartlarında olduğunu deyib. O, əlavə edib ki, burada texniki təchizat yüksək səviyyədədir.

Ambulans təyyarələrdə, reanimasiya şərtlərində lazım olan müdaxilənin edildiyini deyən Qafqaz "Əsgərləri hər cür tədbiri alaraq gətirdik. Xəstəxanamız Türkiyənin əhəmiyyətli markalarından biridir. Komandamıza çox güvənirik. İnşallah bu əsgərlərə Allah şəfa verəcək və məmləkətlərinə göndərəcəyik" deyib.

Dünyanın müxtəlif bölgələrindən xəstələr gətirdiklərini xatırladan Qafqaz qarşıdurma olan bölgələrdəki bu vəziyyətin tez sona çatması, axan qanın dayanmasını arzulayıb.

Xəstəxananın Baş həkim köməkçisi Levent Öztürk də avtomat silahla yaralanan xəstənin ölkəsində sağ qıçının diz üstündən, sol qıçının isə diz altından kəsildiyini izah edib.

Sağ ağ ciyərində də zədə olan xəstəyə ayrıca ölkəsində sinə balonu yerləşdirildiyini deyən Öztürk Azərbaycan əsgərinin xəstəxanada yaxşı müalicə ediləcəyini, ayaqları üçün də plastik cərrahı və ortopediya mütəxəssislərinin qiymətləndirməsi çərçivəsində cərrahı əməliyyat gerçəkləşdiriləcəyini deyib.

Öztürk, əməliyyatla xəstənin qıçlarındakı açıq yaraların bağlanılacağını ifadə edərək, yaralının həyati təhlükəsinin olmadığını söyləyib.

Xəstəxanadakı digər xəstə, qarın nahiyyəsindən güllə yarası alan 19 yaşlı Elvin Əsgərovun da müalicə edildiyini deyən Öztürk, ölkəsində edilən ilk müdaxilədən sonra Əsgərovun bağırsaqları üçün ediləcək tomoqrafiya onun gələcəkdə necə müalicə ediləcəyini dəqiqləşdirəcək.

Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə görən yaralı əsgər Ədalət Məmmədovun isə bir gözünü itirdiyi deyilir.

AzNews.az