- Köhnə - Region
- 8 Dekabr 2014 17:22
- 4 168
Yerevanda növbəti aksiya- FOTOLAR
Ermənistanın paytaxtı Yerevanda “Nairit” kauçuk zavodunun işçiləri aksiya keçirib.
News.am xəbər verir ki, maaşları verilməyən aksiya iştirakçıları Hökümət Evinin qarşısına kimi yürüş ediblər. Onlar baş nazir Ovik Abramyanla görüşmək istədiklərini bildiriblər. Abramyan işçilərin şikayətlərini nəzərə alacağını bildirib. Baş nazir bu işin araşdırılması üçün vaxt istəyib.
Qeyd edək ki, "Nairit" zavodunun 2300-ə yaxın işçisi var, onlar 16 aydır ki, əmək haqqı ala bilmirlər.