“Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəhbədə baş verən insidentə görə yenə də bizi günahkar hesab edir”. “Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəhbədə baş verən insidentə görə yenə də bizi günahkar hesab edir”.

“Nazir bizi günahkar hesab edir” - Ermənistanda valideynlər üsyan etdi

“Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəhbədə baş verən insidentə görə yenə də bizi günahkar hesab edir”.


AZNEWS.AZ xəbər verir ki, bu sözləri cəbhədə ölən erməni əsgərlərinin valideynləri bildiriblər.

"Epress" saytı yazır ki, valideynlər bu gün İrəvanda prezident iqamətgahının önündə aksiya keçiriblər.

Seyran Ohanyan Azərbaycan tərəfinə keçən Andranik Qriqoryana görə onun komandirlərini deyil, valideynlərini günahkar bilib: "Əsgərlə onun valideynləri arasında gərginlik olub. Komandirin bu əsgərə qarşı pis münasibətindən söhbət belə gedə bilməz. O, müqavilə yolu ilə minaatan bölümündə xidmət edib. Bu bölümdə isə əsgərlərlə komandirlər arasında münasibət yaxşı olub".

Döyüşdən kənar situasiyada ölən Arturun anası İrina Qazaryan deyib ki, müdafiə nazirinin belə açıqlaması ilk dəfə deyil: "Ermənistanın Müdafiə Nazirliyi əsgərlərin sərhədi keçməsini, özlərini intihar etməsini və alçaldılaraq zorlanmasını biz valideynlərin boynuna qoyur. Burada bir sual meydana gəlir. Əsgər xidmətdən öncə niyə Azərbaycana keçmirdi?. Onlar deyir ki, guya əsgərlərin hərbi xidmətədək ailə tərkibi haqda heç nə bilmirlər. Elə şey olar?. Bütün əsgərlər 16 yaşından qeydiyyata düşürlər və deməli hərbi komissarlıqlar hər bir əsgərin ailəsi haqda bütün məlumatları bilirlər".

Valideyn Nana Muradyan isə bildirib ki, nazirlik bu addımı atmaqla Artak Nazaryanın ölümünü ört-basdır etmək istəyir.