Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağ itirəcəyini proqnozlaşdırıb. Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağ itirəcəyini proqnozlaşdırıb.

“Qarabağ Azərbaycana qaytarılır“ - Erməni siyasətçi

Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağ itirəcəyini proqnozlaşdırıb.


ANS PRESS-in məlumatına görə, doğulduğu Livandan gələrək Dağlıq Qarabağ müharibəsinə qoşulmuş və çox sayda azərbaycanlını yurd-yuvasından didərgin salmış erməni veteran baş verənləri 1920-ci ildə Qars vilayəti ilə bağlı baş verənlərə bənzədir.

"Onda Qars məsələsi vardı - Ermənistan sovetləşdi, indi Avrasiya İttifaqına girmişik. Həmin vaxt Qarsın verilməsi ilə üsyan başladı. Üsyanın başlaması üçün Dağlıq Qarabağın itirilməsini gözləmək lazım deyil", - deyə erməni veteran vurğulayıb.

Müxalifətçi "Təsisçilər parlamenti" təşəbbüsünün koordinatoru Jirayr Sefilyan erməni xalqını rejimə qarşı mübarizəyə çağırıb. O, vətəndaşları kreditləri və cərimələri ödəməməyə, vətəndaş itaətsizliyinə dəvət edir.