Türkiyədə şəhid prokuror dəfn edilir - VİDEO

Prokuror Mehmet Səlim Kiraz bu gün İstanbulda dəfn edilir.

AZNEWS.AZ xəbər verir ki, ədliyyə binasının həyətində dəfn mərasimi keçirilib.

Mərasimə çoxsaylı insan gəlib. Prokurorun həmkarları mərasimdə ön cərgələrdə yer alıb. İstanbulun Baş prokuroru Hadi Salihoğlu çıxış edib və hücumu pisləyib. Ədliyyənin binasında "Şəhidlərimizi unutmayacağıq, Allah rəhmət eləsin, ruhun şad olsun" yazılı bir plakat və böyük Türk bayrağı asılıb.

İzmir Məhkəməsinin Baş Prokuroru Cəlal Kocabaş çıxışı zamanı xeyli göz yaşı töküb. Bu təcavüzün Türk dövlətinə qarşı yönəldiyini deyən Cəlal sözlərinə belə davam edib: "Dövlətimizi, məhkəməmizi məhv etmək istəyirlər, amma biz buna qarşı çıxacağıq. Deyəcək söz tapmıram. Arxada bir xanım, iki övlad qaldı. Ruhuna "Fatihə" deyək. Allah məkanını cənnət eləsin".

Dəfn mərasimində İzmirin Baş Prokuroru Mustafa Doğru, prokurorlar, hakimlər, vəkillər və ədliyyə işçiləri iştirak edib.

image description