- Köhnə - Region
- 11 Aprel 2015 22:28
- 4 218
PKK ilə döyüş bölgəsindən yeni xəbər var
Türkiyənin Ağrı vilayətinin Diyadin bölgəsində PKK-ın hücumundan sonra hadisə yerindən həyəcanlı xəbərlər gəlməyə başlayıb.
AzNews.az xəbər verir ki, PKK-lılarla dialoq aparmaq üçün əraziyə gələn insanlardan bir qrupunun atəş altında qaldığı deyilir.
Dəqiqləşdirilməyən xəbərə görə, onların arasında ölən və yaralananların da olduğu iddia edilir.
HDP-nin Ağrı vilayəti üzrə sədri Sabri Tayfur deyib ki, əməliyyat bölgəsinə gedən HDP Diyadin bölgəsinin keçmiş sədri Cəzmi Budakın ölüb, MEYADER-in nümayəndəsi Cenap İlboğanın isə yaralanıb.
Tayfur hadisə ilə əlaqədar bunları bildirib: "Münaqişə bölgəsinə getdik, ölümdən zorla qurtulduq və kənddə bir evə sığındıq. Ölən və yaralılar yuxarıda qalıb. Təhlükəli olduğuna görə bölgəyə təcili tibbi yardım maşını göndərilmir. Yaralı 4 əsgər də aşağı endirilmir".
Toqquşma zamanı 1 PKK-lının da öldüyü xəbəri gəlib.