O, hökuməti bu cür gücləndirmək fikrindədir O, hökuməti bu cür gücləndirmək fikrindədir

İvanişvili biznesmenləri və siyasətçiləri geri qaytarır

O, hökuməti bu cür gücləndirmək fikrindədir



İvanişvili ölkəni çoxdan tərk etmiş iş adamlarını və siyasətçiləri Gürcüstana qaytarmaq niyyətindədir. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, "Gürcü arzusu" koalisiyasının lideri bu addımla ölkənin siyasi və biznes elitasını gücləndirmək və ölkəni irəliyə aparmaq niyyətindədir.

İqtisadiyyat üzrə Baş nazirin müavini vəzifəsinə təklif olunmuş milyonçu Qoça Dzasaxov Rusiya mətbuatına bildirib ki, hələ ki, ölkədən çıxmış iş adamları və siyasətçilərin seçimi prosesi gedir. Onlar məsuliyyət və düzgünlük prinsiplərinə uyğun gələrlərsə ölkəyə dəvət ediləcəklər və onlara işləmək üçün hər cür şərait yaradılacaq.

O, həmçinin yeni hökumətin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq xəttini də yüksək qiymətləndirib. Dzasaxov yeni hökumətin siyahısında olan digər güclü iş adamlarının da adını çəkib və bildirib ki, Zurab Noqaideli, Qoqi Topadce, David Beqiaşvili kimi bir çox iş adamı yeni hökumətin təklifini dəyərləndirilər.
Qeyd edək ki, Saakaşvili dövründə bie çox güclü iş adamları ölkəni tərk etmiş və əsasən Rusiyada iri biznes şəbəkəsi qurmuşdular.

Sadiq Musa
AzNews.az