“Yük ikili təyinatlı olsa da, qanuni olub” “Yük ikili təyinatlı olsa da, qanuni olub”

Lavrov saxlanılan təyyarədən danışdı

“Yük ikili təyinatlı olsa da, qanuni olub”



Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyədə saxlanılan təyyarə ilə bağlı açıqlama verib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya XİN rəhbəri bildirib ki, təyyarədə olan yükün təyinatı və sənədləşməsi ilə bağlı heç bir problem olmayıb.

O, açıqlamanın belə gec verilməsinə də aydınlıq gətirərək bildirib ki, buna səbəb hökumət səviyyəsində məsləhətləşmələrin aparılmasıdır. Lavrov Türkiyə tərəfinin həyəcan təbili çalmasını isə daşınan yükün ikili təyinatlı olması ilə əlaqələndirib. "Daşınan yük qanunidir və qanuni yolla da istehsalçıdan sifarişçiyə çatdırılır.

Bütün sənədləri də yerindədir. Sadəcə bəzi radiotexniki avadanlıqlar ikili təyinata malikdir. Beynəlxalq konvensiyalarla bu cür yüklərin daşınması qadağan olunmur". Rusiya XİN rəhbəri yükün sərnişin təyyarəsi ilə daşınmasını da gündəlik praktika kimi dəyərləndirib və burada qeyri adi heç bir şeyin olmadığını deyib. O, həmçinin Türkiyədən cavab gözlədiklərini də dilə gətirib.

Sadiq Musa
AzNews.az