Sarkisyan geri çəkilir - Qərar

Ermənistan Prezidenti Serj Sarkisyan mitinq iştirakçılarının tələblərini qismən qəbul edib.


AzNews.az Axar.az-a istinadən xəbər verir ki, Sarkisyan elektrik enerjisi ilə bağlı tariflərin artımı haqqında komissiyanın qərarını təkrar baxışdan keçirmək qərarı verib.

Sarkisyanın bu qərarının isə elektrik enerjisi qiymətlərinin ucuzlaşdırılmasına təsir edib-etməyəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, etiraz aksiyalarında polis 237 nəfəri həbs edib, onlarla yaralanan var.