ŞOK! Ermənilər Azərbaycanda terrora hazırlaşır- SİYAHI - EKSKÜLİZİV

2015-ci ilə kimi erməni terror təşkilatının planı açıqlandı



2015-ci ildə qondarma erməni "soyqırımı"nın 100 illiyi münasibəti ilə erməni terror təşkilatları tərəfindən xüsusi plan hazırlanıb. Bu barədə məlumat verən Erməni Təcavüzünə Qarşı Mübarizə İttifaqının sədri N.Əliyevin bildirdiyinə görə, planın ana xəttini dünyanı "erməni soyqırımı" adlanan mifinə inandırmaq təşkil edir.

Belə ki, ABŞ başda olmaqla dünyanın əksər ölkələrində yaşayan ermənilər təşkilatlanaraq, erməni diasporu ətrafında birləşdiriləcək və qoyulan planların icrası üçün istər maddi, istərsə də sosial kütlə halında tələb olunan tədbirlərdə iştirak edəcəklər. Birinci və ən önəmli ABŞ Konqresmenlər palatasında "soyqırım" qərarının qəbul olunması və aprelin 24-də ABŞ prezidenti tərəfindən "soyqırım" ifadəsini işlədilməsidir.

Belə ki, super dövlət tərəfindən "erməni soyqırım"ının tanınması Türkiyədən təzminat tələb etməyə yaşıl işıq yandıracaq. Hadisələrin dünya auditoriyasına daha təsirli çatdırılmasından ötrü tanınmış aktyorların iştirakı ilə bədii filmin çəkilməsi də nəzərdə tutulub. Erməni diasporu tərəfindən bu məqsədlə maliyyə vəsaiti toplamaq üçün dünyanın öndə gedən erməni iş adamlarına müraciət edilib.

Bunlardan biri Rusiya Erməni Konqresinin rəhbəri Ara Abramyan və Gürcüstanda fəaliyyət göstərən Cavaxetiya Erməni Cəmiyyətinə yaxın olan iş adamlarıdır. Çəkilməsi nəzərdə tutulan film bahalığına görə fərqlənəcək. Filmin rejissor işi "Ararat" filminin rejissoru və ssenari müəllifi Atom Eqoyana tapşırılması nəzərdə tutulub.

N.Əliyevin bildirdiyinə görə, 2015-ci il hazırlıq planına terror da daxildir. Belə ki, ölüm maşını əsas dörd istiqaməti hədəf götürəcək.

1. Milliyyətindən, dinindən, bir sözlə, kimliyindən asılı olmayaraq, soyqırım əleyhinə qərarlara imza atacaq dövlət adamları;

2. Azərbaycan və türk diplomatları;

3. Erməni əleyhinə yazı yazan tanınmış tarixçilər;

4.Erməni planlarına laqeyd yanaşan iş və siyasət adamları;


Ülviyyə Tahirqızı
AzNews.az