Erməni tanımadığı adamı azərbaycanlı bilib - Ermənini güllələdi

Tavuş vilayətinin Verin Tsakavan kənd sakini Alik A. ölümə cəhddə ittiham edilir.


AzNews.az-ın Modern.az-a istinadən bildirir ki, ölkənin Məhkəmə Departamentindən verilən xəbərə görə, yanvarın 4-də Alik A. yolda tanımadığı şəxslə rastlaşıb.

Sonradan məlum olub ki, bu 49 yaşlı Viktor O. olub. Tanımadığı şəxs onunla münasibətdən yayınıb, hətta tanış olmayan dildə danışıb. Buna görə Alik A. belə güman edib ki, qarşısındakı Azərbaycan vətəndaşıdır və ona ov tüfəngindən atəş açıb.

Alik A. bu vəhşi hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilib.