Rus polisinin bayram rejimi

Rusiyada Qurban bayramı münasibətilə keçiriləcək mərasimlərə milyonlarla insan qatılacaq. Təkcə Sankt-Peterburq şəhərində bayramı 100 mindən artıq insan təmtəraqla qeyd edəcək.

Rusiya mətbuatının məlumatına görə, qurbanların kəsilməsi üçün xüsusi yerlər ayrılıb. 800 mindən artıq müsəlmanın yaşadığı bildirilən Sankt-Peterburqda bayram namazları 4 məsciddə qılınacaq.

Sankt-Peterburq müsəlmanlarının dini idarəsinin nümayəndəsi Pavil Pançeyevin sözlərinə görə, qurban kəsilməsi üçün xüsisi yerlərdın istifadə edilməlidir.

Bayram münasibətilə polis gücləndirilmış rejimdə işləyəcək, metronun bir stansiyası 2 saatlığına bağlanacaq, nəqliyyat vasitələrinin hərəkət marşrutunda dəyişiklik ediləcək.

Elnarə Əlosmanqızı
AzNews.az