Toplanan vəsait kasıb ermənilərə paylanacaq Toplanan vəsait kasıb ermənilərə paylanacaq

Moskvada Qarabağ ermənilərinə pul toplanacaq

Toplanan vəsait kasıb ermənilərə paylanacaq

Noyabrın 3-də Moskvadakı "Yeni Liqa" stadion kompleksində Azərbaycanın işğal olunan ərazilərində məskunlaşan ermənilər üçün xeyriyyə aksiyası keçiriləcək. Moskva Gənc Ermənilər Asossasiyasının təşkilatçılığı ilə keçiriləcək futbol matçında ermənilərin özlərindən ibarət iki futbol komandası qarşılaşacaq.

Oyunda toplanan bütün vəsait Qarabağda məskunlaşdırılan yoxsul erməni ailələrinə paylanacaq. Bu ailələr içərisində Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən erməni hərbçisi Zakaryanın vərəmə yoluxan ailə üzvləri də var.

Elnarə Əlosmanqızı
AzNews.az