Türkiyənin İstanbul şəhərində Sultan Əhməd Meydanında partlayış törədən şəxsin kimliyi məlum olub. Türkiyənin İstanbul şəhərində Sultan Əhməd Meydanında partlayış törədən şəxsin kimliyi məlum olub.

İstanbuldakı dəhşətli terroru törədənin kimliyi bilindi

Türkiyənin İstanbul şəhərində Sultan Əhməd Meydanında partlayış törədən şəxsin kimliyi məlum olub.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Terror aktını Səudiyyə Ərəbistanında doğulan 28 yaşlı Nabil Fadlı adlı terrorçunun reallaşdırdığı müəyyən edilib. Polis terrorçunun bütün əlaqələrini ortaya çıxarmaq istiqamətində əməliyyatlarını davam etdirir.

Prezident Rəcəb Tayyib Ərdoğan terror aktını şiddətlə qınadığını bəyan edib.

Baş nazirin köməkçisi Numan Kurtulmuş isə Sultan Əhməd Meydanında hücum haqqında məlumat verərəkən ölənlərin yaxınlarına başsağlığı verərək hadisə nəticəsində ölənlərin çoxunun xarici vətəndaşlar olduğunu bildirib.

Bu gün Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək özünü partladıb.

Sonuncu dəfə bu ərazidə partlayış 3 gün əvvəl olub. Bir nəfər üzərində bomba polis şöbəsinə yaxınlaşaraq özünü partladıb. Nəticədə bir polis ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Ötən il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəhşətli partayış baş verib. Hadisə nəticəsində 100-dən çox insan ölüb, 300-ə yaxın insan isə xəsarət alıb.Partlayış bir qrup insanın Ankara şəhərində dəmir yolu stansiyası yaxınlığında mitinq üçün toplaşdığı vaxt baş verib.Bu hadisədən sonra Türkiyədə 3 günlük matəm elan edilib.