- Köhnə - Region
- 5 Noyabr 2012 08:04
- 3 605
Lavrovdan Qərbə sərt ittiham
Nazir Rusiya və Ərəb Liqası Ölkələrinin bu ilin sonuna qədər Moskvada Suriya ilə bağlı müzakirələr keçiriləcəyini və görüşün Xarici İşlər Nazirləri səviyyəsində təşkil olunacağını bildirib.
Lavrov qeyd edib ki, Moskva görüşünün təşkil olunması vacib zərurətdən irəli gəlir: "Biz Suriya böhranının digər region ölkələri üçün mənfi nəticəsindən ehtiyat edirik. Biz münaqişənin hərbi yolla həllini istəmirik". Bundan əlavə Rusiya XİN rəhbəri Qərbi qeyri-insani mövqe tutmaqda ittiham edib: "Əgər qərb üçün insan həyatı vacib olsaydı, onlar zorakılığın qarşısını almağa çalışardılar".
XİN başçısı Qərbin Suriyada hakimiyyəti dəyişmək istədiyini deyib və əlavə edib ki, onlar BMT- də özlərinə sərf edən qətnamə də çıxarmaq istəyirlər.
Sadiq Musa
AzNews.az