- Qayıdış
- 7 Sentyabr 2023 10:11
- 4 731
Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb
Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.