- Qayıdış
- 7 Sentyabr 2023 19:36
- 6 449
Ermənistanda Rusiya yönümlü müxalif bloger naməlum şəxslər tərəfindən oğurlanıb
Rusiya yönümlü bloger və fəal Mikael Badalyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.
Aznews.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mikael Badalyan hadisədən bir gün öncə "Sputnik" radiosunda verilişlərdən birində iştirak edib.
O, veriliş zamanı Ermənistan hökumətinə qarşı sərt ittihamlar irəli sürüb.