Xankəndidə hərbçilərin yürüşü başlayıb

Xankəndi şəhərində hərbi qulluqçuların yürüşü başlayıb.

Aznews.az xəbər verir ki, Xankəndinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi orkestri şəhərin mərkəzi küçəsindən keçib, vətənpərvərlik ruhunda musiqilər ifa olunub.