Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub - FOTO

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

Aznews.az xəbər verir ki, Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 11 ailə-45 nəfər köçürülüb.

Aznews.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə köçürülən 45 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir. M.Əfəndiyevin sözlərinə görə, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Bura mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd isə sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.

AzNews.az

image description image description image description image description