Qarabağda 4 şəhərin baş planının təsdiq olunması yekunlaşmaq üzrədir

"Biz “Böyük Qayıdış” zamanı şəhərləri sıfırdan inşa etmişik. Hazırda 12 şəhərin planlaşdırılması aparılır, 8 şəhərin baş planı artıq təsdiq olunub, 4 şəhər üzrə işlər isə yekunlaşmaq üzrədir".

Aznews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.

O bildirib ki, “Böyük Qayıdış” çərçivəsində yüzlərlə kənd planlaşdırılır və uğurla həyata keçirilir: "Hər bir yaşayış məntəqəsi tam şəkildə 20 illik dövrü əhatə edən plan əsasında hazırlanıb və bu istiqamətdə işlər aparılır. Bu isə əsas prinsipimizdir”, - o vurğulayıb.

Aznews.az