Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Aznews.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə - 177 nəfər köçürülüb.

Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

image description