- Qayıdış
- 13:33
- 1 221
Cəbrayılın Horovlu kəndinə növbəti köç olub - FOTO
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib.
Aznews.az xəbər verir ki, bu gün köçürülən 18 ailə - 66 nəfər Horovlu kəndinə çatıb.
Sakinləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA-nın mütəxəssisləri qarşılayıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyiblər.