Rusiyalılar hazırkı Nazirlər Kabinetini qiymət artımında, gəlir səviyyəsinin azaldılmasında və işsizliyin artmasında ittiham edirlər. Rusiyalılar hazırkı Nazirlər Kabinetini qiymət artımında, gəlir səviyyəsinin azaldılmasında və işsizliyin artmasında ittiham edirlər.

Ruslar Medvedevin istefasını tələb edir - Sorğu

Rusiyalılar hazırkı Nazirlər Kabinetini qiymət artımında, gəlir səviyyəsinin azaldılmasında və işsizliyin artmasında ittiham edirlər.

Bu məlumatı “Levada Çentr” şirkəti keçirdiyi sorğudan sonra yayıb.

Məlumata görə, indiki hakimiyyətin istefasını respondentlərin 53%-i tələb edir. Hökumətin istefasını istəməyənlərin sayı sorğu iştirakçılarının 40%-ni təşkil edib.

Rusların 57%-i hökuməti qiymət artımı və gəlir səviyyəsinin aşağı düşməsində, 46%-i isə işsizliyin artmasında ittiham edib.

36% hazırkı hökumətin mövcud iqtisadi böhranın öhdəsindən gəlmək iqtidarında olmadığını bildirib.(axar.az)

© AzNews.az