Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb. Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Paşinyan xahiş etdi, Medvedev onu qəbul etdi

Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Rusiyanın Baş naziri Dmitri Medvedev Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Yerevan rəsmisinin xahişi ilə görüşüb.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Ermənistan iqtisadi-ticarət əməkdaşlığa və qarşılıqlı münasibətlərə dair başqa aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin iş qrafikində Nikol Paşinyanla görüş nəzərdə tutulmayıb.

Xatırladaq ki, yanvarın 25-də Nikol Paşinyan Rusiyaya birgünlük işgüzar səfər edib. (Report)