ABŞ Polşada pilotsuz uçuş aparatı yerləşdirir ABŞ Polşada pilotsuz uçuş aparatı yerləşdirir

Rusiya ABŞ-a səsləndi - "Biz çox narahatıq"

ABŞ Polşada pilotsuz uçuş aparatı yerləşdirir

“Moskva Vaşinqtonun Polşada pilotsuz uçuş aparatı yerləşdirilməsindən narahatdır”.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Related image

O bildirib ki, bu, Avropada hərbi gərginliyin artırılması cəhdlərini əks etdirir:

“Əlbəttə, biz çox narahatıq, çünki bu, Avropada, xüsusilə də NATO-nun şərq cinahında hərbi gərginliyin artırılması deməkdir. Yanlış bəhanələr sabitliyi pozan və vəziyyəti gərginləşdirən proqramların həyata keçirilməsi üçün istifadə olunur".

Pərvanə Ağazadə

AzNews.az